Polşa hərbiçiləri bildirirlər ki, onlar birləşmiş rus-belarus təcavüzünə qarşı üç gün ərzində çox məharətlə müdafiə olunmağı bacararlar, sonra isə əks hücuma da keçə bilərlər

Bununla bağlı olaraq qəzet daha sonra aşağıdakıları yazıb: “Bəs rus tanklarının 48 saat içərisində Varşavaya qədər gedə bilməsi barəsindəki kinayəli zarafata necə yanaşmaq olar?

Əlbəttə, burada söhbət qoşunların ilkin həmlələrindən gedir. Bu məsafəni isə tanklar tam doldurulmuş bir benzin çəni ilə qət edə bilərlər.
Ehtiyatda olan Polşa hərbi komandirləri, təcrübəli tankçılar bildirirlər ki, onlar birləşmiş rus-belarus təcavüzünə qarşı üç gün ərzində çox məharətlə müdafiə olunmağı bacararlar. Sonra isə hətta əks hücuma da keçə bilərlər. Bunu yaxşı anlamaq üçün Polşa ordularının yerləşmə mövqelərinə baxmaq kifayətdir.

Düzdür, Polşa NATO- nun üzvüdür. Amma bu cür vəziyyətdə müdafiə baxımından onun ordusunun digər Qərb ölkələri tərəfindən tam ciddi dəstəklənəcəyi illuziyasına qapılmağa da dəyməz.
[caption id="attachment_95602" align="alignleft" width="300"]

Lakin bütün bunlara baxmayaraq, iki ordunun tank döyüşlərinin birinci mərhələsinin Polşanın qələbəsi ilə nəticələnəcəyi şübhə doğurmur. Çünki Polşa ordusunun döyüş cərgəsində Almaniya istehsalı olan “Leopard-2”tankları öz qarşısına gələn hədəfləri məhv etmək üçün ideal hərbi maşındır.
Buna baxmayaraq, Polşanın tank qoşunlarının modernləşməsinə, şəxsi heyətin intensiv və keyfiyyətli təlim məşq keçməsinə böyük ehtiyac var. Polşa ordusundakı tank birləşmələrinin yüksək döyüş qabiliyyətınə malik olması sevindirici faktdır. Ancaq yeganə çatışmayan cəhət bu tankların sayının az olmasıdır.
Baş verəcək müharibə şəraitində, Polşa ordusunun həyata keçirəcəyi əks hücum əməliyyat zamanı ehtiyat tank qüvvələrinin çatışmaması pronlemlər yarada bilər.
Ona görə də, Varşava gələcəkdəki mümkün təhlükələri nəzərə alaraq, öz tank ehtiyatını artırmalıdır. Eyni zamanda aviasiya və pilotsuz uçan hərbi texnikalara da ehtiyac duyulduğunu diqqətdən kənarda qoymaq olmaz”.

Vaqif Nəsibov
AzPolitika.info

Şərhlər