Bu dəqiqələrdə Bakının Fəvvarələr meydanında aksiya həyəcanı yaşanır. Sosial şəbəkələrdə bu gün saat 12.00-da Azadlıq meydanında mitinq olacağı xəbəri polisi hərəkətə keçirib.
"Musavat.com"-un verdiyi məlumata görə, Fəvvarələr meydanında və ümumilikdə "Torqovı"da Səbayel rayon polisinin əməkdaşları, rəis müavini mitinqin başlanmasını gözləyirlər. Eyni zamanda "Azadlıq" meydanında da post-patrl maşınları keşik çəkir.
Müxbirimiz bildirir ki, Fəvvarələr meydanı polis mühasirəsindədir. Onlar Avropa Gənclər Hərəkatının keçirəcəyi aksiyaya da hazırlaşıblar. Aksiyada benzinin bahalaşmasına etiraz bildiriləcək.


Şərhlər