2015-ci ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1,852 milyard ABŞ dolları təşkil etmişdir. “Marja”nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 23.05 % azalmışdır. O cümlədən, Azərbaycanın idxalının həcmi 574,2 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 7.16% çoxdur. Azərbaycan ət, kərə yağı, meyvə-tərəvəz və mebel idxalını kəskin artırıb.
Azərbaycanın ixracı Yanvarda keçən ilin müvafiq dövrünə nisbətən 31.70% azalaraq 1,28 milyar dollar təşkil etmişdir. Ötən ilin Yanvarında Azərbaycanın ixracı 1,87 milyard dollar idi.
Yanvarda xarici ticarət saldosu 703,6 milyon dollar olub. Ötən ilin Yanvarında Azərbaycanın xarici ticarət saldosu 1,336 milyard dollar idi. Bu da yarıbayarıya yaxın azalmaya işarə edir.Yanvar ayında Azərbaycanın ən çox ixrac etdiyi 13 maldan 9-u üzrə ixrac azalıb. Daha ətraflı aşağıdakı cədvəllərdən tanış olun. İxracın azalmasına səbəb neftin qiymətinin aşağı düşməsi, Rublun dəyər itirməsi və Manatın Avroya qarşı bahalaşmasıdır.

Şərhlər