Menu

Ermənistanda da benzin bahalaşıb

09.12.2013, 11:04
Ermənistanda da benzin bahalaşıb

Ermənistanda yanacağın qiyməti demək olar ki, dünya bazarı ilə eynidir. Sonuncu dəfə ölkədə yanacaq bu ilin əvvəlində litri 10 dram bahalaşıb. CivilNet-in iqtisadiyyat üzrə eksperti Armenak Çatinyanın fikrincə, bahalaşma dünya bazarında qiymətin qalxması ilə bağlıdır: «Neftin bir bareli 124 dollara çatıb. Onu da nəzərə almaq lazımdır ki, şirkətlər əvvəlcə ehtiyat neft alırlar, yəni əvvəlki alış qiyməti bir ola bilər, hazırki başqa. Şirkət də məcburdur ki, ehtiyat nefti hansı qiymətə alıbsa, o qiymətə də satsın, sonradan qiyməti ucuzlaşdırsın».

Ekspert deyir ki, ölkədə neft idxalı ilə əsasən iki böyük şirkət məşğul olsa da, əsasən özbaşnalığa yol verilmir, xüsusən də son vaxtlar. Armenak Çatinyan deyir ki, bu ona görə belədir ki, ölkədə yanacağa nisbətən qazdan istifadə edənlər daha çoxdur, çünki bu, daha ucuz başa gəlir. Odur ki, əgər şirkət benzinin qiymətini heç bir əsas olmadan qaldırsa, yanacaq istifadəçiləri də bundan imtina edib, qaza keçə bilərlər: «Hazırda yanacaqdan istifadə edənlər yalnız hökumət adamları və bahalı maşınlar sürənlərdir. Sadə vətəndaşların əksəriyyəti maşınlarında qaz balonları quraşdırıb. Alternativ yanacağın, yəni qazın da öz rolu var. Çünki yanacağın qiyməti heç bir əsas olmadan qalxanda, ondan istifadə edənlərin sayı azalır. Bu zaman qazanc da aşağı düşür».

Yanacaq doldurma məntəqələrindən bildirirlər ki, son illər yanacaqdan istifadə edənlərin sayı kəskin azalıb. Bu səbəbdən gəlirlər də azalıb.

Sürücülər də deyirlər ki, son 1-2 il ərzində qazdan istifadəyə üstünlük verirlər, çünki bu iki, üç dəfə ucuz başa gəlir: «Yanacaq ucuz olsa, ondan istifadə edərdik, indi cibimizə uyğun olanı qazdır. 3-4 il əvvəl yanacaq 250 dram, yəni 60 sent idi, sonra 350 dram, indi isə 480-500 dramdır, yəni 1,20-1,25 dollar. Qiymətlər bu qədər bahalaşıb. Bizdə aşağı olan ancaq maaşdır, qalan hər şey bahalaşır. Heç qazla düz-əməlli qazanc götürə bilmirik, o ki qaldı yanacaqla. Xərclərimiz çoxdur».

Hazırda yalnız varlılar yanacaqdan istifadə edirlər – sürücülərdən biri belə deyir. Bir başqasının dediyinə görə, indi varlılar da qazdan istifadəyə üstünlük verirlər, çünki bu, daha sərfəlidir.

Başqa bir sürücü isə deyir ki, illərdir ki, yanacaqdan istifadə edir, yalnız bir səbəbə görə:«Maşın belədə düzgün, yaxşı işləyir, qaz maşını korlayır».

Qazdan istifadə edənlər deyirlər ki, qazın da qiyməti qalxıb:«Qaz dolduran məntəqələrin hərəsi bir qiymətə işləyir – biri baha satır, biri ucuz. Son bir ildə qazın qiyməti 20-25 faiz qalxıb».

İqtisadiyyat üzrə ekspert Armenak Çatinyan əlavə edir ki, qaz Avropadan, xüsusən də Bolqarıstan idxal olunur. Ona görə də, regionda qazla bağlı dəyişikliklər Ermənistana təsirsiz ötüşür.(Azadlıq radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol