Ucar rayonu N.Nərimanov küçəsi döngə 2 ev 6 sakini müəllimə Rəsulova Məkanət Əli qızı tərəfindən "Azpolitika.info"ya şikayət məktubu göndərilib. Məktubda "Unibank"ın onu aldadaraq artıq pul aldığı iddia edilir. Həmin məktubu qısa ixtisarla və zərur redaktə ilə dərc edirik: "Unibank" saxtakarlıqla bizim ailənin pulunu mənimsənilmişdir. Belə ki, "Unibank"ın əməkdaşları işlədiyim məktəbə gəlib bankı reklam etmək məqsədi ilə mənə platin kartı verdilər. Buna görə 2012-ci il tarixdə 500 manat pul kredit götürdüm. Vaxtlı-vaxtında ödənişlər etdiyim, aktiv müştəri olduğum üçün kartıma təkrar qoyulmuş 2000 manat kredit pulu 2013-cü il tarixdə götürdüm. Hər ay ardıcıl olaraq 100 manat pulu vaxtlı-vaxtında "Unibank"a ödəyirdim. İstifadəmdə olan mobil telefonuma "Unibank" tərəfindən hər ayın 2-si tarixində mesajlar gəlir və ödəməli olduğum pulun qalmış borcumun məbləği qeyd edilirdi.
02.09.2014-cü il tarixli mesajda yazılıb ki, cəmi 1649 manat borcunuz qalıb. 03 fevral 2014-cü il tarixdə isə mesajda qeyd edilib ki, 1683 manat borcunuz qalıb. Elə bu rəqəmlər bizi ayıltdı ki, "
" əslində bizi aldadıb saxtakarlıq yolu ilə pulumuzu mənimsəyir.
Sonradan hesabladıq ki, biz "Unibanka" olan bütün borclarımızI 2014-cü ilin Oktyabr ayında ödəyib qurtarmışıq. Sadəcə olaraq mən hər ay 100 manat ödəməklə səhv etmişəm. Çünki elə ay olub ki, mən 60 manat ödəməli olsam da, 100 manat ödəmişəm. Bundan istifadə edən "Unibank" saxtakarlıq edib heç bir xəbərdarlıq etmədən mənə əlavə pul ödətdiriblər. Bu barədə "Unibank"a zəng edib bildirdikdə məni borclu çıxartdılar, qabaqdan gəlmişdik etdilər.
Necə olur ki, ötən ilin sentyabr ayında 1649 manat borcumun qaldığı göstərilir, ancaq 5 ay hər dəfə 100 manat ödədiyim halda 02.02.2015-ci il tarixdə 1683 manat borcim olduğu iddia edilir?
Bunun adı saxtakarlıq və soyğunçuluqdur. Mən uzun illərdir ki, müəllimə işləyirəm, həyat yoldaşım ağır xəstədir, 1-ci qrup əlildir. Həm onun müalicəsi, həm də bərbad vəziyyətdə olan evimizin təmiri üçün bu pulu "Unibank"dan götürmüşdük. Bu boyda açıq-aşkar saxtakarlıq edirlərş sonra da adamı borclu çıxardırlar. Bu haqsızlıqdır.
Mən bu qanunsuzluq barədə Prezidentə, Maliyyə Nazirliyinə və Mərkəzi Bankın sədrinə şikayət edəcəyəm. Mətbuat vasitəsi ilə isə vətəndaşlara müraciət edib xəbərdarlıq edirəm ki, "Unibank"dan götürdüyünüz kredit pulunun ödənişində diqqətli olun ki, bizim kimi aldanmayasınız".
P.S. Məktubda qeyd olunanlarla bağlı "Unibank"ın da mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər