Menu

Səməd Seyidov Bülbülün nəvəsini işdən çıxarıb

09.12.2013, 14:07
Səməd Seyidov Bülbülün nəvəsini işdən çıxarıb

Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Dillər Universitetinin professoru Nigar Vəliyeva kafedra müdiri vəzifəsindən çıxarılıb. Məlumatı Modern.az saytına universitetdən veriblər. Bildirilib ki, N.Vəliyeva 6 ay öncə universitetin İngilis dili tarixi və fonetika kafedrasına müdir təyin edilib. Bu gün isə o kafedra müdiri vəzifəsindən çıxarılıb. N.Vəliyevanın hansı səbəblərlə vəzifəsindən azad edildiyi bildirilməyib. Buna baxmayaraq, Nigar Vəliyevanın universitetdə müəllim kimi hələ də çalışdığı qeyd edilib. Xatırladaq ki, N.Vəliyeva məşhur müğənni Bülbülün nəvəsi, xalq rəssamı İbrahim Zeynalovun bacısı qızı, xalq artisti Polad Bülbüloğlunun qardaşı qızıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol