Menu

“Feysbuka da daxil olmuşam”- Lamiyədən yeni açıqlama

23.02.2015, 23:11
“Feysbuka da daxil olmuşam”- Lamiyədən yeni açıqlama

“Şəmkirdə hamı məni xoş qarşıladı. Özümə və övladıma geyim-keçim aldım, hətta endirim də etdilər. Özümə telefon nömrəsi alanda heç pulunu götürmədilər. Azadlıq gözəl hissdir. Səhər yuxudan 11-də oyanmaq, təmiz havada gəzmək… - bu hisslər çox gözəldir. Artıq Feysbuka da daxil olmuşam. Ancaq o qədər qonaq gələn var ki, nələr yazırlar, xəbərim yoxdur. Mənim işimi daim diqqətdə saxladığınız üçün sizə də təşəkkür edirəm”.

L.Quliyeva keçmiş nişanlısı Vüqar Əliyevin ailəsindən heç kimin gözaydınlığa gəlmədiyini söyləyib: “Bizim o hadisələrdən sonra əlaqəmiz kəsildi. Mən Vüqara da azadlıq arzulayıram, Allah qapısını açsın”.

Müsahibimiz Bakıya köçmək planı olduğunu, lakin hələ iş tapmadığını qeyd edib. Onun sözlərinə görə, ATV telekanalında verilişə dəvət olunub: “Orada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindn nümayəndələr olacaq. İradə İsaq mənim sosial vəziyyətim, iş tapmaq məsələm barədə onlara məlumat verəcək. Çox istərdim ki, işim olsun”.

Qeyd edək ki, Lamiyə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslanı namusuna toxunduğu üçün öldürdüyünü deyib. 2003-cü ildə 10 il həbs cəzası alıb, 2010-cu ildə məhkumluq qaydalarını pozması iddiası ilə cəzası 5,5 il artırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol