Menu

BMT-nin baş katibi ilə ATƏT sədri arasında Qarabağ söhbəti

24.02.2015, 17:19
BMT-nin baş katibi ilə ATƏT sədri arasında Qarabağ söhbəti

BMT-nin baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin birinci müavini və xarici işlər naziri İvitse Daçiç ilə görüşüb.

AzərTAc-ın verdiyi məlumata görə, BMT-nin və ATƏT-in rəhbərləri bu iki təşkilat arasında əməkdaşlıq, habelə Ukrayna, Dağlıq Qarabağ və Balkanlarda vəziyyət məsələlərini müzakirə ediblər. BMT-nin baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT ilə ATƏT arasında tərəfdaşlığı möhkəmlətməyə hazır olduğunu bildirib.

Fevralın 24-də İvitsa Daçiç BMT Təhlükəsizlik Şurasında çıxış edəcək. O, Serbiyanın ATƏT-də sədrliyi dövründə prioritet məsələlər haqqında informasiya təqdim edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol