Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Normand dördlüyü” ölkələri xarici işlər nazirlərinin Parisdə keçirilən danışıqlarını gözlənilmədən tərk edib. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rusiyalı nazirin bu addımı qəfil olduğundan ona hələlik heç bir izahat verilməyib.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların keçirildiyi binanı gözlənilmədən tərk etdi. “Normand dördlüyü” ölkələri XİN başçılarının danışıqları Fransanın Xarici İşlər Nazirliyinin binasında keçirilir. Sergey Lavrov jurnalistlərə bu qəfil gedişinin səbəbləri barədə heç bir açıqlama verməyib” - deyə xarici KİV-lər bildirir.
Qeyd edək ki, bu gün Parisdə Almaniya, Fransa, Ukrayna və Rusiya xarici işlər nazirlərinin Donbasdakı münaqişənin nizamlanması ilə bağlı görüşü keçirilib. “Le Fiqaro” nəşri hələ görüşdən əvvəl Ukrayna nümayəndə heyəti üzvlərindən birinə istinadən belə bir məlumat yaymışdı ki, Rusiya bu görüşün keçirilməsini əvvəlcədən istəməyib.

Şərhlər