Menu

Ebola həyəcanı sona çatdı - VİDEO

25.02.2015, 09:09
Ebola həyəcanı sona çatdı - VİDEO

Liberiya hökuməti virusa nəzarət etdiklərini bildirib.

Qərbi Afrikada ölümcül Ebola virusu ilə əlaqədar artıq 6 aydır ki, müşahidə olunan böhranlı vəziyyət sona çatıb. Liberiya hökuməti virusa nəzarət etdiklərini bildirib. Vəziyyətlə əlaqədar qonşu Syerra-Leone və Qvineya ilə sərhədlər də açılıb və karantin saatı ləğv edilib. Bölgə insanları isə, epidemiyanın qarşısının alınması ilə əlaqədar sevinclərini gizlətmirlər.

Liberiyada insanlar normal həyatlarına - gündəlik fəaliyyətlərinə geri dönüblər. Artıq heç kim epidemiyaya görə narahat olmur.

Region ölkələri virusa tamamilə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə virus indiyə 9 mindən çox insanın həyatına son qoyub. Ebola virusu əsasən, Liberiya, Qvineya və Syerra-Leonedə təhlükəli həddə çatmışdı./"ans"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol