OPEC-dən yüksək vəzifəli bir səlahiyyətli, neft qiymətlərinin 60 dollar ətrafında möhkəmlənməyə başladığını, Asiyada tələbdə artım başladığını söyləyib.
Reuters-ə müsahibə verən OPEC-in yüksək vəzifəli rəsmisi, neft qiymətlərinin 60 dollar səviyyəsi ətrafında möhkəmlənməyə başladığını söyləyib. Səlahiyyətli, "Neft qiymətləri hazırda mövcud səviyyələrdə balanslaşmış vəziyyətdədir. Neftə olan tələbatın artması yönündə siqnallar gəlir. Neft qiymətləri də möhkəmlənir" deyib.
Səlahiyyətli neft qiymətlərinin hazırkı səviyyəsinin də problem yaratmadığını qeyd edib. Neft qiymətləri hazırda 60 dollar həddində hərəkət edir. Nümayəndə, "İndiki 60 dollar səviyyəsində bir problem yoxdur" - deyib. /"Marja"

Şərhlər