Menu

Saakaşvili Ukraynaya silah verilməsi üçün ABŞ-da görüşlərə başladı

25.02.2015, 18:49

SaakashvlilGürcüstanın eks-prezidenti, Ukraynadakı Beynəlxalq İslahatlar Şurasının rəhbəri Mixail Saakaşvili 3 gün ərzində ABŞ Konqresində Ukraynaya müdafiə silahlarının verilməsi üçün danışıqlar aparacaq. Musavat.com-un məlumatına görə, bu barədə o, özünün facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, artıq Konqresdə “Maqnitski siyahısı”nın müəllifi senator Kardinabla görüşüb. Qarşıda Senatın komitələrinin, Nümayəndələr Palatasının təmsilçiləri və başqa siyasi liderlərlə görüşlər gözlənilir.

“Mövzu Ukraynaya müdafiə qurğularının verilməsi üçün qanunverici təzyiqin artırılmasıdır”, - deyə sabiq prezident qeyd edib.

Saakaşvili onu da vurğulayıb ki, bu qədər sayda qanunvericinin görüşə razılıq verməsi heç o, Gürcüstan prezidenti olan dövrdə də mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol