Menu

N!DA-çıların məhkəməsi dekabrın 12-nə qaldı

10.12.2013, 13:40
N!DA-çıların məhkəməsi dekabrın 12-nə qaldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvünə qarşı açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilir.

Hakim Cavid Qurbanovun sədrlik etdiyi proses saat 10:30-da başlayıb. Ancaq vəkillər gecikdiyinə görə, prosesdə fasilə elan edilib.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən bu günkü prosesdə təqsirləndirilən Bəxtiyar Quliyevin ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadədə B. Quliyev bildirib ki, Milli Parkda kişi heykəlinin yanında videoçarx çəkiblər. O, həmçinin evində tapılan narkotik maddənin və “Molotov kokteyli”nin ona məxsus olmadığını, onlardan istifadə etmədiyini deyib. B. Quliyev elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini də qeyd edib.

Məhkəmə prosesi dekabrın 12-si saat 10.30-da davam etdiriləcək.

atırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən Bəxtiyar Quliyevin istintaqa verdiyi ifadənin bir qismi elan olunub. Bu günkü proses də B.Quliyevin ifadəsinin oxunması ilə davam etdiriləcək.

Əməkdaşımızın verdiyi məlumata görə, Avropa Birlyinin Bakı nümayəndəliyindən, Fransa fəirliyindən nümayəndələr, Milli Şuranın sədri Cəmil Həsənli məhkəmə prosesini müşahidə etmək üçün məhkəmə binasına gəliblər.

Qeyd edək ki, bu ilin martında Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol