Menu

Gizli “neft maqnatı” Rövnəq Abdullayevin dayısı oğlu çıxdı

10.12.2013, 13:55
Gizli “neft maqnatı” Rövnəq Abdullayevin dayısı oğlu çıxdı

“Global Witness”in SOCAR-la bağlı araşdırmasının qəhrəmanı Anar Əliyev haqda yeni məlumatlar yayıldı

“Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı açıqladığı səs-küylü hesabatda adı çəkilən açar fiqurun – Anar Əliyevin kimliyinə dair əlavə məlumat yayılıb.

Hesabatda Anar Nüsrət oğlu Əliyevin 1978-ci ildə Naxçıvanda doğulduğu əksini tapıb. Sənəddə onun əvvəllər Rövnəq Abdullayevin təhlükəsizlik xidmətində çalışdığı, qardaşı Bədəl Əliyevin isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer olduğuna dair məlumatlar da yer alıb.

“Avropa.info” isə mənbəyini açıqlamadığı belə bir məlumat yayıb ki, Anar Əliyev Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin doğmaca dayısı oğludur. O, Naxçıvan şəhərində anadan olub. Onun adı hesabatda keçən qardaşı, SOCAR-ın İnformasiya Texnologiyaları Departamentinin satınalmalar üzrə meneceri Bədəl Əliyev 1976-cı il təvəllüdlüdür. Bədəl Əliyevdən başqa daha 2 qardaşı var – Nihat və Nicat. Nihat Əliyev SOCAR-ın satış direktorudur. Nicat Əliyev də SOCAR-la bağlı işlərlə məşöğuldur, amma rəsmən onun işçisi deyil.

Qeyd edək ki, “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şirkəti iə bağlı araşdırması saytımızda yerləşdirilib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol