Menu

Hikmət Hacıyev: “O “məhkəmə”nin heç bir hüquqi əsası yoxdur”

27.02.2015, 13:33
Hikmət Hacıyev: “O “məhkəmə”nin heç bir hüquqi əsası yoxdur”

“Ötən gün Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində keçirilən qondarma “məhkəmə”nin heç bir hüquqi əsası yoxdur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, həmin şəxslər Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülüblər: “ATƏT-in Minsk Qrupu ölkələri tərəfindən girovların azad edilməsi ilə bağlı çağırış edilib. Biz bunu dəstəkləyirik. Ermənistan isə bu sahədə destruktiv siyasət həyata keçirir. Bu, danışıqlar prosesinə xələl gətirir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol