Menu

Pərviz Həşimli nazirə müraciət edib

10.12.2013, 21:19
Pərviz Həşimli nazirə müraciət edib

Vəkil Yalçın İmanov dekabrın 10-da Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.

“Media forum” saytına danışan vəkil deyib ki, Pərviz Həşimlinin saxlanma şəraitindən gileylənib: “Qəzetlərə abunə yazılıb, ancaq ona dövlət nəşrlərindən başqa heç bir qəzet verilmir. Səbəbi də izah olunmur.

Dekabrın 10-da Pərviz Həşimli milli təhlükəsizlik naziri Eldar Mahmudova məktubla müraciət edib. Qanunvericiliyin tələbinə uyğun olaraq ailə üzvləri ilə görüş və mütəmadi telefon əlaqəsinin saxlanması xahişi məktubda əksini tapıb.

Həbs yerlərində saxlanan şəxslərin hüquq və azadlıqları haqqında qanunun tələblərinə görə, həbsdə olanlar ailə üzvləri ilə mütəmadi olaraq görüşə və telefon əlaqəsi qura bilərlər. Pərviz Həşimlinin bu hüququ da təmin olunmur”.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol