Menu

Putin Nemtsovun dəfn mərasiminə qatılmayacaq

03.03.2015, 00:24
Putin Nemtsovun dəfn mərasiminə qatılmayacaq

Sabah Boris Nemtsovun Moskvada dəfn mərasimi keçiriləcək. Mərasim Bakı vaxtı ilə 16:30-da Troekurovski qəbiristanlığında başlayacaq. Musavat.com-un n Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, tədbir açıq olacaq, iştirak üçün xüsusi olaraq heç kimə dəvət göndərilməyib. Ancaq artıq bəllidir ki, dövlətin birinci şəxsləri və parlament rəhbərliyi mərasimə gəlməyəcək.

Putini Qarri Minx – prezidentin Dövlət Dumasındakı nümayəndəsi təmsil edəcək. Baş nazir Dmitri Medvedyev və müavinləri də tədbirə qatılmayacaq. Həmçinin, Dövlət Dumasının spikeri Sergey Narışkin, SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov mərasimdə olmayacaq. Qorbaçov çiçək səbəti göndərəcək.

Anatoli Çubays, keçmiş baş nazir Sergey Kiriyenko isə vida mərasimdə iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol