Menu

“Yeni Cümhuriyyət” qəzetinə basqın oldu

11.12.2013, 21:36
“Yeni Cümhuriyyət” qəzetinə basqın oldu

Çərşənbə günü saaat 14 radələrində “Yeni Cümhuriyyət” qəzetinin  redaksiyasına basqın olub. Bu haqda Turana qəzetdən bildirib.

 

Qəzetə basqın edən iki nəfər özünü QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbu orqanının redaktoru, digəri Şahin Məhərrəmov kimi təqdim ediblər. Basqına səbəb “Cümhuriyyət.az” saytında yerləşdirilən “QHT-lərə səlib yürüşü və Azay Quliyevin maxinasiyaları” yazısı səbəb olub.

 

Yazıda mənbəyə isnadən  bildirilir ki, hər il Şuranın maliyyə verdiyi 400-ə yaxın təşkilatın 70%-nin maliyyə hesabatlarının hazırlanması baş mühasib Tofiq Həsənova və yeznəsi Şahin Məhərrəmova həvalə olunur. Hər hesabata görə layihələrin aylıq müddətinə görə ayda 150 manat alınır. Layihənin müddəti 6 aydırsa, deməli maliyyə hesabatına görə 900 manat haqq ödənilir. Mənbə bildirir ki, Şura hazırda yerləşdiyi və Əli Həsənovun oğlunun adına olan ofisin icarəsnə hər ay 10 min manat ödəyir. Şuranın icraçı direktoruna yaxın Ceyhun Hacıbəyov adlı şəxsin maşınının katibliyə xidmətinə hər ay 1200 manat, baş mühasibin yaxın qohumu  və kompyuterlərə texniki xidmət göstərən şəxsə hər ay 1500 manat, icraçı direktor,  baş mühasib və hüquqşünasa hər ay 1500 manatlıq ezamiyyət , hər ay 3 min manat dəftərxana xərclərinə, hər ay 5000 manat mətbəə xərclərinə gedir.

 

Xidmətlərə görə ödənişləri düzgün hesablamayan baş mühasibin üzündən Şuranın dövlətə küllü miqdarda vergi borcu yaranıb. Təqaüd yaşının çatmasına baxmayaraq baş mühasib postunu tərk etmək istəmir. Əməkdaşlaın əksəriyyəti Şura sədrinin və PA-sı personalının qohumlarıdır.

 

Redaksiya heyəti yazı ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu  deməsi belə gələnləri razı salmayıb.Onlar yazının saytdan yışışdırılmasınıtələb ediblər. Özünü Şahin Məhərrəmov (bu şəxs Azay Quliyevin qohumudur) kimi təqdim edən şəxs qəzetin və saytın baş redaktoru  Nəsimi Şərəfxanlıya yazını saytdan çıxarmadığı, QHT-lərə DDŞ haqda bir də yazı yazdığı halda  halda cavabının küçədə veriləcəyi hədə qorxusu gəlib.

 

Redaksiya əməkdaşları baş verənləri QHT-lərə DDŞ-nın sədri, deputat Azay Quliyevin nəzərinə çatdırmaq üçün əızng etsələr də telefon zənglərinə cavab verilməyib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol