Menu

İrəvanda Davudoğluna etiraz

12.12.2013, 12:53
İrəvanda Davudoğluna etiraz

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistana gedib.

APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, nazirlə birlikdə bir qrup türkiyəli jurnalist də İrəvandadır.

Ə. Davudoğlu Ermənistan paytaxtında etirazla qarşılanıb. “Daşnaksutyun”un gənclər ittifaqının və “Nikol Aqbalyan” tələbə ittifaqının üzvləri tədbirin keçirildiyi otelin qarşısına gələrək Ə. Davudoğluna etirazlarını bildiriblər. Onlar əllərində “Soyqırıma Stop!”, “İnkara Stop!”, “Ədalətsizliyə stop!” yazılmış plakatlar tutublar.

Qeyd edək ki, toplantıda Azərbaycanı XİN-in şöbə müdiri Şövqi Mehdizadə təmsil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol