Menu

Britaniyalı alimdən Rusiyaya şok ittiham

12.03.2015, 08:24

Alexander Litvinenko“Litvinenkonun ölümünə səbəb olan polonium yalnız Saratovda istehsal olunur...”

Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Aleksandr Litvinenkonun zəhərləndirildiyi radioaktiv maddə - polonium - 210 Rusiyadan başqa dünyanın heç bir yerində istehsal edilmir. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə London məhkəməsində Litvinenkonun ölümü ilə bağlı açıq dinləmələrdə atom fizikası üzrə professor Naydjel Dombey bildirib.

Alimin sözlərinə görə, polonium - 210 yalnız Saratovdakı “Avanqard” zavodunda istehsal olunur. “Bu, dünyada polonium buraxan yeganə müəssisədir” – yazır “The Guardian”. Ona görə də ekspertin fikrincə, bu, Rusiya xüsusi xidmət orqanlarının sonradan dissidentə çevrilən agentin öldürülməsində iştirakının sübutu sayıla bilər.

Alim onu da bildirib ki, ABŞ və İngiltərə də daxil, bütün dünya ölkələri poloniumun istehsalını hələ ötən əsrin 70-ci illərində dayandırıb. Litvinenkonun ölümü isə 2006-ci ildə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol