Menu

Həftənin üç günü etiraz aksiyası keçiriləcək - Ermənistanda

14.03.2015, 19:25

ErmenistanErmənistanın “Nairit” kimya zavodunun keçmiş əməkdaşları hər həftənin bazar ertəsi, cümə axşamı və şənbə günü Prezident administrasiyasının binası qarşısında etiraz aksiyası keçirmək haqqında düşünürlər. APA-nın armtoday.info saytına istinadən verdiyi məlumata görə, onlar bu addımı hakimiyyətin keçmiş işçiləri unutmaması üçün atacaqlarını bildiriblər.

Onlar prezidenti qarşılamaq üçün bazar ertəsi səhər 09:00-da Baqramyan prospekti və Dəmirçiyan küçəsində toplaşmaq niyyətindədirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol