Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ABŞ-da keçirdiyi görüşlər barədə sosial şəbəkədəki səhifəsində status yazıb. Musavat.com Q.İbadoğlunun qeydlərini dərc edir: "Vaşinqtonda olduğum 3-cü həftə işgüzar görüşlər və müzakirələ zəngin oldu. Həftə ərzində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri olaraq bir necə vacib görüşlər keçirdim və tədbirlərə qatıldım. Dünya Demokratiya Hərəkatının rəhbəri Art Kaufmanla, Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin icraçı direktoru Con Sallivan və proqram rəhberi Lars Bonsonla, Mediaya Dəstək Beynəlxalq Mərkəzinin baş direktoru Mark Nelsonla faydalı görüşlərimiz və maraqlı müzakirələrimiz oldu.
Martın 18-də ABŞ-ın Avrasiya üzrə aparıcı analitiklərinin qatıldığı Freedom House hüquq müdafiə təşkilatı, Milli Demokratiyaya Dəstək Fondu və Açıq Cəmiyyət İnstitutu tərəfindən təşkil edilmiş “Azərbaycan və Türkiyədə müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalar” adlı tədbirdə iştirak etdim.
Növbəti həftə ABŞ konqresində, Dövlət Departamentində, Enerji Tədqiqatları və Siyasəti mərkəzində, Açıq Cəmiyyət İnstitutunda görüşlərim planlaşdırılıb".


Şərhlər