Menu

İsa Qəmbər Maydanda çıxış etdi-Fotolar- VIDEO

15.12.2013, 20:46
İsa Qəmbər Maydanda çıxış etdi-Fotolar- VIDEO

Kiyevdə səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər Maydanda, tribunada çıxış edib. İ.Qəmbər xalqların azadlığı prosesindən, bu prosesin Azərbaycandakı başlanğıcından, M.Ə.Rəsulzadə irsindən danışıb. O, deyib ki, bu gün Ukraynada yalnız Ukrain xalqının deyil, digər postsovet ölkələri xalqlarının da taleləri həll olunur; o cümlədən də rus xalqının. İsa Qəmbər öz çıxışında vurğulayıb ki, seçkiləri iqtidarlar saxtalaşdıra bilərlər. Lakin xalqların strateji seçiminin qarşısını heç kim ala bilməz. Azərbaycan xalqı və müxalifəti adından Ukrayna xalqına böyük dəstəyi ifadə edən Müsavat başqanı "Azərbaycan və Ukrayna xalqlarının dostluğuna eşq olsun" şüarı ilə çıxışını bitirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol