Menu

Türkiyədə 6 azərbaycanlı dəm qazından zəhərləndi - Ölən var

28.03.2015, 10:35
Türkiyədə 6 azərbaycanlı dəm qazından zəhərləndi - Ölən var

Türkiyənin Bursa vilayətində 6 azərbaycanlı dəm qazından zəhərlənib, bir nəfər ölüb. Bu barədə Trend Türkiyənin Bursahakimiyet qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən , Telman Əhmədov, Cumali Əhmədov,Günəş Əhmədov, Sevgi Əhmədova, Səltənət Əhmədoğlu, Mələk Əhmədoğlu dəm qazından zəhərləniblər. Digər azərbaycanlı 31 yaşlı Tərlan Əhmədov isə dəm qazından zəhərlənərək ölüb.

Məlumata əsasən, hazırda dəm qazından zəhərlənmiş 6 azərbaycanlı nəfər xəstəxanaya yerləşdiriliblər.

Xəstələrin vəziyyəti qənaətbəxşdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol