Menu

Odessada partlayış

29.03.2015, 16:40
Odessada partlayış

Ötən gecə Odessada partlayış olub. Bomba binalardan birinin pəncərəsinin altına yerləşdirilib. Həmin küçədə Donbasdakı Ukrayna hərbçilərinə yardım toplayan könüllülər təşkilatının ofisi yerləşir.

Partlayış nəticəsində xəsarət alan olmayıb. Hüquq mühafizə orqanları hadisəni terror aktı kimi dəyərləndirib.

Son aylar Odessada bir neçə belə hadisə baş verib. Hadisəni törədənlər isə hələ də bəlli deyillər. Odessada polis gücləndirilmiş iş rejimində çalışır.​

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol