Bu günlərdə Türkiyə KİV-ləri Azərbaycan əsilli milyarder, “AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılovun “Mardan Palace” otelinə satışa çıxarıldığı haqda xəbər yaymışdı. Oliqarxa 1,4 milyard dollar başa gələn otelin kredit borcuna görə məcburi satışa çıxarıldığı bildirilirdi. Moskvada T.İsmayılovun Skolkovo qəsəbəsindəki evində onunla görüşüb, müsahibə alan virtualaz.org saytının əməkdaşları bu və digər məsələlərə aydınlıq gətiriblər.Həmin müsahibəni təqdim edirik.

Birinci evə, daha doğrusu, Moskvanın məşhur qəsəbəsindəki saraya yaxınlaşıram. Hərbi geyimli mühafizəçidən soruşuram: “Bu kimin evidir?”
Mühafizəçi şübhə ilə cavab verir: “Cavab verməyə icazəmiz yoxdur. Nə lazım idi?”.
“Biz jurnalistlərik, Telman İsmayılov bizi gözləyir” - qısa və quru cavab verirəm. Bir neçə dəqiqə sonra nəhəng darvaza açılır. Və bizi qarşılamağa T.İsmayılov özü gəlir. Gözqamaşdıran sarayın monumental fasadı arxasında gözqamaşdırıcı gözəllik, qızıl parıltısı, ağlasığmaz dəbdəbə gizlənib. Həyatım boyu heç vaxt beləsini görməmişəm. Heç kinoda da...
O, bizi səxavətlə qəbul edir, bakılısayağı, sarayında nahar eləməyimizi israr edir. Səliqə və nəzakətlə təklifdən imtina etməyə çalışırıq. Ancaq T.İsmayılov elan edir ki, hələ belə şey olmayıb - əgər onun evinə qonaq gəlirsə, hökmən ailə masası arxasında əyləşməlidir. T.İsmayılovun ailəsi ilə tanış oluruq. Adi, təvazökar, azərbaycanlı ənənələrini qoruyub saxlayan bakılı ailəsidir... Ancaq tədricən şam yeməyinə qədər uzanan nahar zamanı ona bir neçə sual verməyə imkan tapıram. T.İsmayılovu yola gətirmək üçün çox çalışmaq lazım gəlmir...

-(Gülür...) Bunların hamısı sizin saytınızın xəbərindən başladı.
Qeyd: Xatırladaq ki, ötən il italyan KİV-ləri Vensan Kasselə boşanma prosesinə başlayan məşhur italiyalı aktrisa Monika Bellucinin guya azərbaycanlı oliqarxa görə ərindən ayrıldığını yazmışdı. Bu mövzunu Kann festivalında jurnalistlərlə söhbətində Belluci özü də qızışdırdı. O, informasiyanı nə təsdiq, nə də təkzib etdi.
-Bağışlayın, ancaq hər şey italyan KİV-lərindən başladı. Sonra informasiyanı Türkiyənin “Hürriyet” qəzeti yaydı. Yeri gəlmişkən, Türkiyə haqda. Bu günlərdə Türkiyə KİV-ləri daha da uzağa gedib yazdılar ki, sizin əfsanəvi “Mardan Palace” oteliniz borclara görə hərraca çıxarılır. Bu, doğrudur?
-Mən bu otelin sahibi deyiləm. Əgər istəsəniz, sizi əsl sahibi ilə tanış edə bilərəm.
Qeyd: Telman İsmayılov geri dönür və nəvəsini çağırır. Balaca Telman - Telman İsmayılov adlı oğlan qaçaraq gəlir.

-Bəs ciddi danışsaq?
-Türkiyədə mənim haqqımda dezinformasiya yayan adamlar var. Bunu qəsdən edirlər. Onlar məni Türkiyədən sıxışdırıb çıxarmaq istəyirlər. Bu informasiyanı bütünlüklə təkzib edirəm. Təkrar edirəm, mənim bu oteli satmaq planım yoxdur. Yeri gəlmişkən, fürsətdən istifadə edib sizi də istədiyiniz vaxt oteldə dincəlməyə dəvət edirəm.
-Təklifinizdən hökmən yararlanaram. Buna baxmayaraq daha bir sual: sizin borclarınız varmı, bəlkə otelin tikintisi zamanı götürdüyünüz hansısa kreditlərlə bağlı öhdəliklərdən söhbət gedir?
-Mən sizin suala sualla cavab verirəm. Nə vaxtsa eşitmisiniz ki, kimsə öz nağd pulları hesabına hansısa meqa-layihəni həyata keçirsin? Bu ki, absurddur. Əlbəttə, otelin tikintisi zamanı mən bank kreditlərindən istifadə etmişəm. Söhbət cəmi 110 milyon dollardan gedir. Türkiyədə mənim heç bir problemim yoxdur.

-Əlbəttə. Vaxtilə məhz çox hörmətli Rəcəb Tayyib Ərdoğan məni Türkiyədə bəzi siyasi qüvvələrin təzyiqlərindən qorudu. Əgər mən bəzi türkiyəli qruplaşmaların mənə qarşı aqressiyasının səbəblərini danışsam, beynəlxalq qalmaqala səbəb olardım. Yəqin bilirsiniz, mən İsrail vətəndaşıyam. İsveçrədə, İtaliyada, Baltikyanı ölkələrdə və dünyanın digər ölkələrində mülkiyyətim, biznesim var. Türkiyə vətəndaşlığı nəyimə lazımdır?
-Ancaq “Mardan Palace”in açılışından sonra bir çox KİV-lər sizin Türkiyə hökumətinə vətəndaşlıq barədə müraciət etdiyinizi yazdılar...
-Bu, doğru deyil.

-Bəli, əlbəttə. Bu, qlobal fəlakət idi. Mən bu çətin situasiyadan çıxa bildim. Ancaq deməliyəm ki, Rusiyanın ali siyasi rəhbərliyinin bu işlərə heç bir aidiyyəti yox idi.
-Bu, hansısa hakimyyətdaxili qruplaşmaların həmləsi idi?
-Sualınızı şərhsiz qoyuram.
-Aydındır ki, söhbət hansısa qruplaşmadan gedir. Və təxmin etmək qalır ki, hansı qruplaşma idi. Hakimiyyət sizin məşhur “Çerkizovsk” bazarını bağladı. Rusiya bazarlarında hansısa biznesiniz qaldımı?
-Yox. Ancaq tezliklə mən Moskvada qlobal tikinti layihəsinə başlayacam. Biz 2 milyon kvadratmetr sahəsi olan yeni tikinti kompleksi inşa edəcəyik. Əminəm ki, kifayət qədər uğurlu layihə olacaq.

-Mən vaxtilə Ramzan Kadırovun atası, rəhmətlik Əhməd Kadırovla çox yaxın dost olmuşam. Bəli, Ramzan Kadırovla da yaxın münasibətlərim var. Təkcə o yox, Rusiyanın yüksək elitasının bir çox digər simaları da xahiş ediblər.
-Və deyilənə görə, bunun əvəzində Çeçenistana böyük yatırım qoymalı idiniz...
-Doğru deyil, mənim orada heç bir biznesim yoxdur.
-Bəs “Terek” futbol klubu? Bəyəm siz bu klubun sponsoru deyilsiniz?
-Yox, mənim bu klubun maliyyələşdirilməsinə heç bir aidiyyətim yoxdur.
-Sizin Azərbaycanda biznes maraqlarınız varmı? Və sonuncu dəfə Bakıda nə vaxt olmusunuz?
-Azərbaycanda çoxlu dostlarım var. Gördüyünüz kimi, ailəmiz azərbaycanlı ailəsindən fərqlənmir. Bu ənənələri qoruyuruq və saxlayırıq. Bakıda tez-tez oluram. Sonuncu dəfə bir neçə ay əvvəl olmuşam.

-Cahangir Əsgərovla dostluğu çox qiymətləndirirəm və qoruyub saxlayıram. İnanın, o, həyatım boyu rastlaşdığım ən layiqli adamlardan biridir. Bəli, sualınızın bu hissəsi doğrudur. Azərbaycanda biznesə gəldikdə isə sizin ölkənizdə heç bir biznesim yoxdur.
Doğrudur, bir vaxtlar arzum var idi ki, Şüvəlan qəsəbəsində Azərbaycanın Kann kurortunu yaradım. İnvestisiya yatırmağa hazır idim, ancaq təəssüf ki, bu layihəni bir çox səbəblərdən reallaşdırmaq mümkün olmadı.
-Prezident seçkiləri ərəfəsində siz “Milyarderlər İttifaqı” adını alan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqında iştirak edirdiniz. Adınız rəsmi Bakının qəzəbinə səbəb olan bu təşkilatın təsisçiləri arasında keçirdi. Azərbaycan hakimyyəti ilə sizin aranızda nə baş vermişdi?


Mənim Çerkizovdakı bazarımda yüz mindən çox azərbaycanlı işləyirdi. Onların hamısı çörək qazanırdı. İndi bu insanların çoxu işsiz qalıb...
Azərbaycan hakimiyyəti ilə münasibətlərimə dair sualınıza gəldikdə isə demək istəyirəm ki, sizin hakimiyyətlə heç bir problemim yoxdur və ola bilməz. Mən uzun illərdir şəxsən tanıdığım prezident İlham Əliyevə böyük hörmətlə yanaşıram. O, Azərbaycanın layiqli lideridir, atasının işini ağılla davam etdirir.

Şərhlər