Menu

İstanbulda gecə əməliyyatı

02.04.2015, 11:08
İstanbulda gecə əməliyyatı

Türkiyənin İstanbul şəhərində DHKP-C terror təşkilatına qarşı əməliyyat keçirilib. Anspress-in məlumatına görə, ötən gün İstanbul polis idarəsinə qarşı həyata keçirilən, bir terrorçunun ölümü və 2 polisin yaralanması ilə nəticələnən hücumdan sonra terrorla mübarizə şöbəsi və xüsusi təyinatlı polislər terrorçuların olduğundan şübhələnilən bir çox evdə əməliyyat keçiriblər.

Gecə vaxtı həyata keçirilən əməliyyatlar zamanı DHKP-C ilə əlaqəsi olduğu güman olunan bir çox şübhəli polis tərəfindən saxlanılıb.

Yerli mətbuat polis rəsmilərinin ətraflı məlumat vermədiyi əməliyyatların hazırda da davam etdiyini bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol