Menu

Üsyançı husilər Ədəndən çıxarıldı

04.04.2015, 10:48
Üsyançı husilər Ədəndən çıxarıldı

Yəməndə Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiyanın havadan və dənizdən etdiyi hücumlar nəticəsində üsyançı husilər Ədən şəhərinin mərkəzini boşaldıblar. Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, üsyançılar Ədəndəki dövlət iqamətgahından çəkiliblər və Yəmən hökumətinə bağlı qüvvələr şəhər mərkəzinin idarəsini ələ alıblar.

Qeyd edək ki, husi üsyançıları tank və top dəstəyi ilə cümə axşamı günü liman şəhərinə girmiş və Səudiyyə Ərəbistanına qaçan prezident Mansur Hadinin iqamətgahını ələ keçirmişdilər.

22 il boyunca Yəməni idarə edən dövlət başçısı Əli Abdullah Salehin devrilmesiyle birlikdə Yəməndə hərbi qarşıdurmalar başlayıb və qarşıdurmaların şiddəti davamlı olaraq daha da artıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Yəməndə iki həftə içində ən azı 519 adam öldü, 1700-dən artıq insan yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol