Menu

Serbiyadan Kosovoya ciddi xəbərdarlıq

17.04.2015, 09:02
Serbiyadan Kosovoya ciddi xəbərdarlıq

Kosovonun baş nazirinin müavini və XİN rəhbəri Həşim Taçi Serbiyanın paytaxtına səfər edəcəyi təqdirdə hərbi cinayətlərin törədilməsi ittihamı ilə həbs ediləcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç bildirib.

“Taci Belqrada gələrsə polis onu qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb edəcək”, deyə o bildirib.

Bundan əvvəl Kosovonun XİN rəhbərinin müavini Petrit Selimi Taçinin aprelin 24-də Belqrada səfər etməyi planlaşdırdığını bildirib. Səfərin məqsədi qeyri-hökumət təşkilatlarından birinin təşkil etdiyi konfransda iştirak etməkdir.

Qeyd edək ki, “Kosovo Azad Ordusu”nun liderlərindən biri olan Taçi Serbiyada hərbi cinayətkar elan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol