Menu

Hәmsәdrlәr Elmar Mәmmәdyarovla  görüşüblәr

30.04.2015, 18:55
Hәmsәdrlәr Elmar Mәmmәdyarovla  görüşüblәr

ATӘT-in Minsk qrupunun hәmsәdrlәri bu gün Parisdə Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşüblәr. APA-nın mәlumatına görә, bu barədə ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik özünün "Twitter" sәhifәsindә yazıb.

"Biz nazir Elmar Mәmmәdyarovla Azәrbaycan vә Ermәnistan prezidentlәrinin müzakirә edәcәyi әsas mәsәlәlәr әtrafında fikir mübadilәsi apardıq", - deyə diplomat qeyd edib.

Xatırladaq ki, həmsədrlər ötәn gün Ermәnistanın xarici işlәr naziri Edvard Nalbadyanla da görüşüblәr.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol