Menu

ABŞ Dağlıq Qarabağdakı “seçkiləri” qanunsuz elan elədi

02.05.2015, 01:12
ABŞ Dağlıq Qarabağdakı “seçkiləri” qanunsuz elan elədi

ABŞ mayın 3-də Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “parlament seçkiləri”nin nəticələrini tanımaq niyyətində deyil. Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamenti müvafiq bəyanat yayıb.

“ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Bununla əlaqədar biz mayın 3-də keçiriləcək seçkilərin nəticələrini qəbul etməyəcəyik”, - deyə Amerika xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib. “ABŞ beynəlxalq danışıqlar bitməmiş Dağlıq Qarabağa dair tələsik qərarlar çıxarmağı planlaşdırmır” - əlavə edib o.

Xatırladaq ki, bundan öncə ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa Birliyi və Türkiyə XİN analoji bəyanatla çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol