Menu

Rusiya-Ermənistan əmtəə dövriyyəsi kəskin azalıb

06.05.2015, 15:45
Rusiya-Ermənistan əmtəə dövriyyəsi kəskin azalıb

Dövriyyəsindən danışmaq üçün gərək əmtəənin özü olsun

Rusiya KİV-nin «Novosti Armeniya» İnformasiya agentliyinə istinadla yaydığı məlumatda deyilir ki, cari ilin birinci rübünün yekunlarına görə, Rusiya ilə Ermənistan arasında əmtəə dövriyyəsi 41,2 faiz düşərək, 190,3 milyon dollar təşkil edib. Bu məlumat Ermənistan milli statistika xidmətinin yaydığı hesabatla təsdiq olunur (Rosbalt).

Hesabat dövründə Ermənistandan Rusiyaya əmtəə ixracı 65,3 milyon dollardan 1.38 milyon dollara enib. Həmin dövrdə Rusiyadan əmtəə idxalı 25,5 faiz düşərək, 146,2 milyon dollar təşkil edib.

2015-ci ilin yanvar-mart ayları ərzində Ermənistanın xarici ticarət dövriyyəsi 945,1 milyon dollar səviyyəsində olub ki, bu da ötən ilin uyğun dövründə olduğundan 28,5 faiz azdır.

Hesabat dövründə Ermənistanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 227,0 milyon dollar (ümumidə pay - 24,0 faiz, enmə 40,6 faiz) təşkil edib. Bu zaman Avropa İttifaqı ölkələri ilə ticarətin həcmi isə 268,8 milyon dollar (ümumidə pay - 27,4 faiz, enmə - 31,7 faiz) olub.

Hesabatdan göründüyü kimi, hansısa «ittifaq»a (məsələn, Gömrük İttifaqına, Avrasiya İqtisadi İttifaqına və s.) «girib-çıxmaq»la, işlər düzəlmir. Əmtəə dövriyyəsindən danışmaq üçün əvvəlcə gərəkdir ki, əmtəənin özü olsun. O da hayastanda yoxdur və... nə yaxşı ki, yoxdur! Olsaydı, friqlərin forsu yerə-göyə sığmazdı - bir atalar məsəlində deyildiyi kimi, «Allah dəvəyə qanad versəydi, uçurmadığı dam qalmazdı...»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol