Nəhəng layihədə razılıq əldə olunub.
Rusiyanın Qazprom şirkəti Türkiyə ilə Türk Axını kəmərindən qaz təminatının 2016-cı ilin Dekabr ayında başlaması üçün razılaşıb.
Layihə Rusiyadan Qara Dənizin altından Türkiyəyə qazın nəqlini nəzərdə tutur.
Rusiyanın enerji nəhəngi Qazpromun İcraçı Direktoru Aleksey Miller, müqavilə üçün Ankaraya gəlmişdi.
Rusiya Prezidenti Vladimir Putinin keçən ilin Dekabr ayında Ankaraya səfəri zamanı, Cənub Axını təbii qaz boru kəməri layihəsinin ləğv edilərək əvəzinə Rusiyadan başlayıb Türkiyədə Trakiyada quruya çıxacaq 63 milyard kubmetrlik qaz kəmərinin çəkilməsini gündəmə gətirmişdi. /"marja"


Şərhlər