Menu

Azərbaycan Ukraynadan super təyyarələr alır - FOTO

07.05.2015, 20:36
Azərbaycan Ukraynadan super təyyarələr alır - FOTO

Tərəflər arasında müqavilə Kiyevdə imzalanıb

Ukraynanın “Antonov” dövlət müəssisəsi Azərbaycanın yük daşımaları ilə məşğul olan “Silk Way Airlines” aviaşirkəti ilə “AN-178” markalı yeni 10 yük təyyarəsinin satışına dair müqavilə imzalanıb. Anspress-in məlumatına görə, bu haqda "İnterfaks" agentliyi xəbər verib.

Tərəflər arasında müqavilə Kiyevdə imzalanıb. Çatdırma müddəti və müqavilənin digər detalları haqda xəbər verilmir.

“Antonov” dövlət müəssisəsi bu markalı təyyarələrin Çinlə birgə istehsalı məqsədilə də müqavilə imzalayıb.

Bütün təyyarələr Kiyevdə yığılacaq. Müqavilənin dəyəri barədə məlumat verilmir. Bundan əlavə, Çin tərəfi Ukraynadan “AN-178” markalı 2 yük təyyarəsi alacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol