Menu

Vahid kartın tətbiqi başlayır

12.05.2015, 15:56
Vahid kartın tətbiqi başlayır

"Vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb"

“Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiq edilməsi üçün işlər davam etdirilir. Artıq proqram təminatı, prosessinq mərkəzinin yaradılması kimi texniki tərəflər öz həllini tapıb”. Anspress-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, vətəndaşlara veriləcək kartlar, onların doldurulması kimi məsələlər də həll olunub:

“Bakı Metropolitenində vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb. Avtomobil nəqliyyatında isə bu prosesə I Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq".

Nazir müavini vahid kart sisteminə keçidin hansı formada həyata keçiriləcəyinə də aydınlıq gətirib: "Vətəndaşlarda olan əvvəlki kartlardan istifadə etmək mümkün olacaq. Ancaq sonradan kart sisteminə keçid prosesi tam yekunlaşandıqda bu kartlar dəyişdiriləcək. Təbii ki, bu proses vətəndaşların istəyi ilə mümkün olacaq”, - deyə M.Pənahov qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol