Atəşkəsin pozulması nəticəsində yəmənlilər bir gün rahat nəfəs ala bilmədi
Ötən gün Yəməndə Ənsarullah hərəkatı (Husilər) və sabiq prezident Ali Abdulla Salehin dəstəkçiləri daxil olmaqla, bütün tərəflərin razılığa gəldiyi beş günlük atəşkəs çok çəkməyib. Anspress-in məlumatına görə, ötən gecə Yəmənin Taiz şəhərində prezident Abdurrabu Mənsur Hadi tərəfdarı olan kütlə ilə husilər arasında qarşıdurma yaşanıb və əldə olunan beş günlük atəşkəs bir gün keçmədən pozulub.
Yerli mənbələr bildirir ki, hadisə Taiz şəhərinin əl-Hasab və əl-murur məhəllələrində baş verib. Şəhərin şimalındakı əs-Sittin prospektində isə partlayış səsləri eşidilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri tərəfindən başladılan 48 günlük hava hücumlarından sonra Yəməndə ötən gün 23:00-da atəşkəs elan edildiyi bildirilsə də, ölkənin bir sıra bölgələrində bu razılığa əməl onumayıb.


Şərhlər