Müğənni Rəqsanə İsmayılova “Öz aramızda” verilişində qonaq olub. İfaçı proqrama halsız vəziyyətdə gəldiyini əvvəlcədən bildirib:“Mənim üstümə gəlməyin, xahiş edirəm. O qədər ağrıyıram ki, güclə gəlmişəm bura. Enerjim yoxdur, addımı güc-bəla ilə atıb gəlmişəm”.
Aparıcı Zaur Baxşəliyev Rəqsanədən tamaşaçılara açıqlanmayan mövzuya 100 min manatı niyə xərclədiyini soruşub. Müğənni isə israrla bu mövzuda danışmaq istəmədiyini bildirib. Daha sonra isə onun halı pisləşib və ürəyi gedib.
ANS TV-də yayımlanan "Sən tək deyilsən" verilişində ürək dağlayan anlar baş verib.
ANS PRESS-in məlumatına görə, canlı yayımlanan verilişin aparıcısı Xoşqədəm Hidayətqızının halı pisləşib. Belə ki, analarıni atan övladlar barədə danışan aparıcı studiyada ağlayıb.
Buna səbəb isə üzun illər ovladını axtaran anaya oğlunun Qazaxıstanda ölməsi xəbəri olub. Ana və aparıcı bu xəbərə üzülüblər.Elə studiyadaca ona su verilib.


Şərhlər