Nehrəmli yenə də həqiqəti gizlətməyə çalışdı
"Mən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb". Bunu “APA-Economics”ə açıqlamasında iş adamı, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) deyib.
O, müəyyən problemlər olduğunu da etiraf edib: "Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar İsland” layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".
İ. İbrahimov bildirib ki, onun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Maraqlıdır ki, təxminən 1 ay əvvəl Hacı İbrahim redaktorlarla görüşündə Beynəlxalq Bankdan 57 manat dollar kredit götürdüyünü bildirmişdi. Bu gün isə bu rəqəmi 78 milyon manata qədər qaldırıb. Əslində isə real məbləğin qat-qat çox olduğu bildirilir.
Belə ki, onun biznesinə yaxından bələd olan mənbələr virtialaz. orq-a bildiriblər ki, Hacının kredit borclarının ümumi məbləği 1 milyard dollara yaxındır. Yəni Hacı İbrahim utopik layihəsinə “öz pullarını” yox, banklardan aldığı kreditləri xərcləyib. Özü də Beynəlxalq Banka ödəyəcəyi kreditlə yanaşı, başqa kreditlərinin olduğunu da etiraf edib.
Hansı ki, mifik bir layihə adı ilə alıb xərcləyib.Həm də təkcə bu layihəyə yox. Şəxsi təyyarəyə, katibəsi üçün yüz min dollarlıq “cip”ə, minlərlə dollarlıq ətirlərə, özünə 14 min dollara ayaqqabı almağa və s. bu kimi dəbdəbələrə...
V.Nəsibov
Azpolitika.info


Şərhlər