Menu

Ruhi modelyerlə xeyriyyə tədbiri keçirdi- FOTOLAR

18.05.2015, 14:10
Ruhi modelyerlə xeyriyyə tədbiri keçirdi- FOTOLAR

Biznes-ledi Ruhi Əliyeva ilə modelyer Afaq İsmayılzadə birgə xeyriyyə tədbiri təşkil edib. "Qafqazinfo”nun məlumatına görə, onlar 1 yaşlı, ürəyində dəlik olan Nihad Ağazadənin əməliyyatı üçün vəsait toplayıblar.

Modelyer xüsusi ilə uşaqlar üçün hazırlanmış yeni kolleksiyasını təqdim edib və satışa çıxarıb. Nümayiş olunan libaslar qonaqlar tərəfindən alınıb, yığılan məbləğ isə körpənin əməliyyatına sərf olunacaq.

Tədbirin sonunda balacalar Röya Ayxanın “Avropa Oyunları” adlı mahnısının sədaları altında rəqs ediblər.

Aparıcı Afaq Gəncəlinin aparıcılıq etdiyi mərasimdə xalq artisti Brilliant Dadaşova, müğənnilər Zamiq Hüseynov və Günay İbrahimli iştirak ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol