Menu

Iranda güclü zəlzələ baş verib

02.01.2014, 12:22
Iranda güclü zəlzələ baş verib

Bu gün səhər İranın Hörmuzqan əyalətinin Kuxard şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,5 və 4,3 bal gücündə iki zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Tehran Geofizika Universitetinin Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 06:43 dəqiqədə baş verib.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol