Menu

Rus turistlər Azərbaycanda daha çox hara gəlirlər?

24.05.2015, 00:34
Rus turistlər Azərbaycanda daha çox hara gəlirlər?

Rusiyanın Travel.ru saytı rus turistlərin bu il yay MDB məkanında ən çox istirahət etmək istədikləri ölkələri müəyyənləşdirib.AZƏRTAC xəbər verir ki, reytinq bu il iyunun 1-dən avqustun 31-dək sərbəst səyahət edən turistlər tərəfindən otellərin bron edilməsinə əsasən hesablanıb. Həticələrə görə, MDB üzrə yay tətilləri üçün top10 siyahısında Azərbaycanın paytaxtı Bakı şəhəri də yer alıb.

Travel.ru-nun məlumatına əsasən, Bakıya gələn rus turistlər bir günə orta hesabla 60 dollar pul xərcləyirlər. Azərbaycanın Xudat şəhəri isə rus turistlərinin bu il istirahət üçün seçdiyi top 5 kurort zonası kimi qeyd olunub.

MDB ölkələri üzrə ən bahalı şəhərin isə Qazaxıstanın paytaxtı Astana olduğu (sutkaya 93 dollar) müəyyənləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol