Menu

Baş nazirə sui-qəsd

27.05.2015, 08:53
Baş nazirə sui-qəsd

Liviyanın baş naziri Abdulla Abdurrəhman at-Taniyə sui-qəsd olub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Sky News Arabia telekanalı yayıb. Məlumata görə, hökumət kortejinə silahlı hücum ölkənin şərqindəki Tobruk şəhərində törədilib. Məlumata görə, hücum nəticəsində bir neçə cangüdən yaralanıb, Abdulla Abdurrəhman at-Tani xəsarət almayıb.

Qeyd edək ki, paytaxt Tripoli üsyançıların nəzarətinə keçdikdən sonra hökumət Tobruk şəhərinə köçməyə məcbur olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol