Menu

Çin, Cənubi Çin dənizində möhkəmlənir

27.05.2015, 23:40
Çin, Cənubi Çin dənizində möhkəmlənir

Rusiya KİV-nin yaydığı məlumata görə, Çin Xalq Respublikası (ÇXR) Cənubi Çin dənizində çoxprofilli iki mayakın tikintisinə başlayıb. Onlardan biri Nanşa arxipelaqındakı Nuan adlı əhəngdaşı adacığında, ikincisi isə Çiqura adacığında yerləşəcək. Çin xalq respublikası nəqliyyat nazirliyi saytının yaydığı xəbərə görə, mayaklar sözügedən rayonda «naviqasiya təhlükəsizliyini gücləndirəcək» (TASS).

Müşahidəçilər, mayakların strateji əhəmiyyətini qeyd edərək bildirirlər ki, onların tikintisi sayəsində ÇXR-in Cənubi Çin akvatoriyasına olan iddiaları möhkəmləndiriləcək. Bu hövzəyə Çindən başqa Bruney, Vyetnam, Malayziya və Filippin də iddialıdır. Özünün balıqçılıq potensialı və perspektivli neft-qaz ehtiyatları ilə yanaşı, bu rayon həm də dəniz nəqliyyatı sahəsində mühüm əhəmiyyət kəsb edir. Belə ki, Cənubi Çin dənizində illik beynəlxalq nəqliyyat daşımalarının həcmi 5 trilyon dollar civarında qiymətləndirilir.

50 metr hündürlüyə malik olacaq mayaklar buradan keçən gəmilərə naviqasiya xidməti göstərəcək. Onların güclü projektorlarının şüaları 22 dəniz mili (44,7 km) məsafədən görünəcək.

Çin Xalq azadlıq ordusu hərbi-dəniz tədqiqatları institutunun eksperti Çen Syuesun qeyd edir ki, bəzi dəniz yolları özlərinin pis şəraiti ilə seçilirlər. Hərçənd, burada gəmilər demək olar, heç bir dəniz-nəqliyyat dəstəyi ala bilmirlər. Onun sözlərinə görə, bu xidmətsizlikdən ən çox balıqçı gəmiləri əziyyət çəkirlər. Çünki onlar radar sistemi və başqa müasir texnika ilə lazımi səviyyədə təchiz olunmurlar. Həm də böyük nəqliyyata bir çox hallarda mayakların xidməti lazım gəlir.

Cənubi Çin dənizində bu cür möhkəmlənməsi, xüsusilə də Nanşa arxipelağında tökmə adacıqların yaradılması fəaliyyətini əsaslandırmaq istiqamətində Çin tərəfi digər arqumentlər də irəli sürür. Bu barədə Cənubi Çin dənizinin öyrənilməsi institutunun direktoru U Şitsun deyib: «İtkin düşmüş Malayziya laynerinin axtarışları göstərdi ki, bu hövzədə Çin üçün axtarış-xilastemə vasitələri olduqca vacibdir...» (China Daily).

Çinin bu fəaliyyətləri ABŞ-ın da ciddi etirazlarına səbəb olub. Əslində Çinin bu dənizdə möhkəmlənməsi ABŞ-ın  regiondakı azadlığını məhdudlaşdırmağa yönəlib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol