Mirzə YUSİF
Gözümü dünyaya açandan yan-yörəmdə erməni görmüşəm. Tale elə gətirib ki, bu yaramazların məskunlaşdığı torpaqda doğulub boya-başa çatmışam, Ermənistanın lap göbəyində - Yerevanda yaşayıb-çalışmışam. Sözümün canı odur ki, erməni xislətinə yaxşı bələdəm. Erməni ilan kimi bir şeydir: yaxşısına da lənət, pisinə də!
Bilmirəm, diqqət edirsinizmi? Son zamanlar başqa rüzgarlar əsir: dünənə kimi dünyaya özünü yazıq, mağmun kimi sırıyan ermənilər, indi pat vəziyyətindədirlər. Üzlərinə çəkdikləri maskalar yırtılmaqda yavaş-yavaş. Artıq vəziyyət elə dəyişib ki, hətta başlarının ağası bildikləri, yeri gələndə hiyləgər tülkü sayağı faydalandıqları Rusiya (ruslar) da daha əvvəlki kimi sığala yatmır, əksinə, ermənilərin puçurlarını açıb sərgiləməklə məşğuldur.
"Ermənistan Rusiyanın arxasınca it quyruğu kimi sürünür... Azərbaycan isə qüdrətli ölkədir!"
Bu sərrast fikir hansısa "qərəzbaz " müsəlman yazarına, siyasi icmalçısına, yaxud hökumət rəsmisinə məxsus deyil. Bu sözləri Rusiyanın "Эxo Moсквы" radiostansiyasının şərhçisi, tanınmış jurnalist Yuliya Latınina söyləyir.
Xatırlayırsınızsa, bu ilin yanvarında KİV-lərdə Ermənistan dövlətinin ünvanına, necə deyərlər, xoruz səsi eşitməmiş fikirlər tirajlandı: "Rusiyanın son 10 ildə Ermənistana çox köməyi dəyib. Nəinki son 10 ildə, deyərdim ki, son 100 ildə... Əgər Rusiya dövləti, rus xalqı olmasaydı, bu gün Ermənistan adlı dövlət mövcud olmazdı. Rusiyanın köməyi və minlərlə rus əsgərinin həyatı bahasına Ermənistan bu gün dövlət kimi mövcuddur."
Bu, Rusiyanın - böyük qardaşın hər hansı səhv hərəkətə görə adi qulaqburması yox, Ermənistanın - kiçik qardaşın yaramaz əməlləri müqabilində onun sırtıq sifətinə tərs bir şillə ilişdirməsidir. Üstəlik, nəzərə almaq lazım ki, bu sözlər sıravi bir Rusiya vətəndaşı yox, Rusiya Federasiyası İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markovun ağzından çıxır.
Rəsmi Yerevanın "Böyük Ermənistan" və "genosid" xülyası əsl bumeranqı xatırladır. Hətta qanı-qanlarından, canı-canlarından olan dünyaçaplı simaları belə daşnak xislətli sarkisyanların, kaputikyanların, balayanların çaldıqları havaya nəinki oynamaq istəmir, əməlli-başlı istehza edirlər.
Erməni mənşəli fransız müğənni və aktyor, Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüş Şarl Aznavurun uydurma erməni genosidinin 100 illiyi ərəfəsində söylədiklərini yada salmaq pis olmazdı: "Genosid sözünə tüpürmək istərdim. Axı, bu sözün deyilməsiylə əlimizə nə keçəcək?
Ermənistan böyük təhlükə qarşısındadır, insanlarsa "genosid"ə ilişib qalıblar. Dünyanın dördbir yanına səpələnmiş yüz minlərlə yoxsul erməninin halına kim qalacaq? Hər gün, hər saat boşalan Ermənistan bir azdan boş bir balıqqulağına dönəcək.
Mən həmişə türklər haqda müsbət tonda danışıram, onları maraqlı bir xalq hesab edirəm. Bircə Türkiyə ermənisi tapmazsınız ki, türkləri sevməsin..."
Əlavə hər hansı şərhə ehtiyac yoxdu, məncə.
Əlbəttə, ermənilərin də içərisində (erməni olanda nolar?!) nisbətən ağıllıları var. Məsələn, 1994-97-ci illərdə Ermənistan prezidentinin baş məsləhətçisi işləmiş Jirayr Liparityan kimi. Hazırda ABŞ-ın Miçiqan universitetinin professoru statusunu daşıyan bu xaç adamı, deyəsən, hərdən vicdanının səsinə qulaq asmağı da bacarır:
"Ermənistan SSRİ-dən ayrılaraq öz müstəqilliyinə qovuşmuşdur. Ancaq özünü elə aparır ki, sanki Türkiyənin tərkibindən ayrılıbdır. Xarici siyasətdə əsas xətt Türkiyəyə əlcək atmaq üzərində qurulubdur, halbuki Ermənistanın suverenliyinə daha çox Rusiya təhlükəsi var."
Qəribədir, Liparityanın Türkiyə ilə bağlı söylədikləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Dövlət Dumasının son iclasında yürütdüyü mülahizələrlə az qala üst-üstə düşür. Xatırladım ki, LDP lideri həmin iclasda vaxtilə, daha dəqiqi apreldə "erməni genosidi" qətnaməsini dəstəkləyən deputat həmkarlarını, necə deyərlər, yaş yuyub-quru sərmişdi:
"Siz "erməni soyqırımı" haqda qətnaməyə səs verdiniz. Bunu niyə etdiniz? Siz türkləri qəzəbləndirmisiniz. Buna görə günahkarsınız. Halbuki türklər bizim tərəfdə idi. (Jirinovski ABŞ-ın və Avropa Birliyinin Rusiyanı təkləməsinə işarə edirdi-M.Y.) Siz Ermənistanı müdafiə edən qətnaməyə səs verən kimi türklər bizdən incidi. Siz Türkiyə ilə münasibətlərimizi korlayırsınız."
Bax, belə. Erməninin kimliyi ilə bağlı bu mövzunu xeyli davam etdirmək, daha neçə-neçə dəlil-sübutlar gətirmək olardı. Amma, doğrusu, qələm-kağıza heyfim gəldi. Bir də ki, bu erməni köpəkuşağına bu qədər vaxt ayırmağına dəyərmi?!.

Şərhlər