Menu

YAP Tağı Əhmədovu vəzifəsiz qoymadı

06.06.2015, 15:26
YAP Tağı Əhmədovu vəzifəsiz qoymadı

“Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədova yeni vəzifə verilib.Bu barədə ANS PRESS-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib. YAP rəsmisi qeyd edib ki, bu gün YAP Yasamal rayon təşkilatının X konfransı keçirilib.

Siyavuş Novruzovun sözlərinə görə, konfrans iştirakçıları iclas zamanı Tağı Əhmədovu YAP Yasamal rayon təşkilatının sədr postuna seçiblər. Qeyd edək ki, Tağı Əhmədov buna kimi YAP Yasamal rayonu İdarə heyəti və Şuranın üzvü olub.

YAP Yasamal rayon təşkilatının yeni sədri 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol