İraqda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə aid qırıcılar Fəllucədə İraq ordusuna məxsus hərbi qərargahı "səhvən" bombalayıb.
ANS PRESS-in məlumatına görə, bombardman zamanı 5 hərbi qulluqçu həyatını itirib, 7 nəfəri isə ağır yaralanıb. Qərargaha ciddi ziyan dəyib.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İŞİD-ə qarşı mübarizə aparır. Koalisiya qüvvələri dəfələrlə İraq ordusunun mövqelərini bombardman edib. Daha sonra isə bombardmanın səhvən həyata keçirildiyi bildirilir.
İraqın strateji şəhər və rayonları uğrunda İraq ordusu ilə İŞİD terrorçuları arasında şiddətli döyüşlər gedir.


Şərhlər