Rusiya ilə Qər arasında həlli çox çətin olan problemlər var. Bu fikri iyunun 7-də Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel «yeddilər»in sammiti zamanı Almaniyanın «ARD» telekanalı vasitəsilə səsləndirib (TASS).
Kansler deyib: «Hal-hazırda maneə mövcuddur və mən hesab etmirəm ki, o, keçilə biləndir...». Bununla yanaşı, Merkel qeyd edib ki, bir sıra beynəlxalq böhranların həlli məsələsində Moskva həmkar olaraq qalır.
Minsk razılaşması mövzusuna toxunun Almaniya hökumətinin başçısı razılaşmanın həm Rusiya, həm də Ukrayna tərfindən reallaşdırılmasının vacibliyini qeyd edib: «Hamının cəhd göstərəcəyi təqdirdə bizim şansımız da olacaq. Bu da əhəmiyyətli dərəcədə Rusiyadan, aydındır ki, həm də Ukraynadan asılıdır...»
Digər telekanala (ZDF) isə kansler deyib ki, Rusiyaya yönəlik məhdudiyyət tədbirləri onların meydana çıxmasını zəruri edən səbəblər aradan qaldırıldıqdan sonra ləğv oluna bilər: «Sanksiyalar o zaman aradan qaldırıla bilər ki, problemlər həllini tapsın və onların tətbiqini zəruri edən səbəblər aradan qalxmış olsun...».
Merkel növbəti dəfə sanksiyaların zəiflədilməsi ilə Ukraynanın şərqindəki böhranın tənzimlənməsinə həsr olunmuş Minsk razılaşmasının yerinə yetirilməsi məsələlərini bir-biri ilə bağlayıb: «Minsk razılaşması reallaşsa, sanksiyalar da ləğv olunacaq...».
Onun sözlərinə görə, Moskvaya qarşı tətbiq olunan məhdudiyyət tədbirləri məqsəd olmayıb, məqsədə çatmaq istiqamətində bir alətdir: «Biz həmişə demişik: Minsk razılaşması ilə sanksiyaların zəiflədilməsi və uyğun olaraq, aradan qaldırılması arasında əlaqə var».
Eyni zamanda, Merkel etiraf edib ki, qlobal beynəlxalq münaqişələrin həlli, o cümlədən, Suriya münaqişəsi və İranın nüvə proqramı məsələlərində Qərb Rusiya ilə əməkdaşlığa ehtiyac hiss edir.
AzPolitika.info


Şərhlər