Menu

İTV-nin aparıcısının avtomobili kanala düşdü: Bacısı öldü(FOTO)

09.01.2014, 10:59
İTV-nin aparıcısının avtomobili kanala düşdü: Bacısı öldü(FOTO)

Bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Hövsan qəsəbəsində, “Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib.

Qəzaya uğrayan avtomobilin sürücüsünün İTV-nin aparıcısı Rafiq Məmmədov olduğu bildirilir. Hadisə nətcəsində sürücünün bacısı 32 yaşlı Pərvanı Valeh qızı Məmmədova boğulub. ANS PRESS-in məlumatına görə, qəzada dünyasını dəyişən Pərvanə Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.

Hadisə Baş verən hadisə ilə bağlı İTV-dən verilən məlumata görə, qəzaya uğrayan Rafiq Məmmədov artıq evə aparılıb. Onun çox böyük sarsıntı keçirdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol