Menu

Lady Gaga Olimpiya Stadionunda...

12.06.2015, 22:19
Lady Gaga Olimpiya Stadionunda...

Lady Gaga bu dəqiqələrdə Avropa Oyunlarının Açılış Mərasimində idmançılar üçün mahnı ifa edir.

ANS PRESS-in məlumatına görə, piano arxasında əyləşərək, Lady Gaga “İmagine” (Xəyal Et) mahnısını ifa edir. Sözləri Con Lennonun klassik pop mahnısına aid olan bu musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir.

Lady Gaga reytinq cədvəllərinə liderlik edən “Just Dance” və “Poker Face” hitləri ilə beynəlxalq şöhrət qazanıb və 28 miliyon album və 140 miliyon sinql satışı ilə uğurlarını davam etdirib.

O, üç “Grammy” Mükafatı, 13 MTV Video Musiqi Mükafatı, 13 Ginnesin Dünya Rekordu və Mahnı Bəstəkarlarının Məhşurluq Zalı tərəfindən verilən ilk Müasir İkona Mükafatını qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol