Almaniya hökuməti az öncə saxlanılmış Qətərin “əl-Cəzirə” telekanalının əməkdaşı Əhməd Mansuru azad edib. Musavat.com-un məlumatına görə, bu barədə kanalın özü xəbər yayıb.
Bundan öncə əl-Cəzirə” məlumat yaymışdı ki, Almaniyanın Baş Prokurorluğu yaxın günlərdə jurnalistin taleyi haqda qərar çıxaracaq.
Misir və Böyük Britaniyanın ikili vətəndaşlığı olan Əhməd Mansur ötən şənbə Berlinin hava limanında Misir hökumətinin müraciəti əsasında saxlanmışdı. O, Qətərin paytaxtı Doxaya uçmağa hazırlaşırdı. Mansur Berlin həbsxanaların birinə yerləşdirilmişdi.
Telekanalın rəhbərliyi jurnalistin saxlanmasını və Misirə verilməsi haqda müraciəti əsassız adlandırmışdı. Qahirə jurnalistin ekstradisiyasına çalışır.


Şərhlər